GƏNC TAEKVONDUÇALAR ŞİMALA SƏFƏR EDİR

ESTAFET/ 22-25 sentyabr tarixlərində Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfəindən təşkil edilən açıq birincilik keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Moskva şəhərində baş tutacaq növbəti beynəlxalq “Russian Open” turnirində gənclərdən ibarət yığma komandamızın taekvondoçuları da quvvələrini sınayacaq. Sayca 6-cı olan G2 dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyi öncəsi oğlanlardan Murad Muradov, Ayaz Qəmbərli və Bəhruz Quluzadə (hamısı -46 kq), Cavid Məmmədov (-48 kq), Əli İsazadə (-51 kq), Qaşım Maqomedov (55 kq), Nurlan Fətəliyev (-59 kq), Nicat Musayev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-73 kq) və Fərhan Məmmədliyə (-78 kq) şans verəcək.
Qızlardan isə Mehriban Məmmədova (-42 kq), Aliyə Zeynalova (-44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi -46 kq), Leyla Məmmədova, Diana Hacıəliyeva ( hər ikisi -49 kq) və Şəms İsayeva (-52 kq) mükafatlar uğrunda mübarizə aparacaq. Turnir Moskvanın “Dostluq” idman arenasında keçiriləcək.
Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının yetirmələri də bu yarışda dayanq üzərinə çıxacaq. Milli komandamız 26 senytabrda vətənə dönəcək.
