Zaur Nuriyev Kaspiyskdə bürünc medal qazanıb

ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

 

Turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurub.

 

60 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.  

Müəllif: Natiq NƏSİROV