GƏNC TAEKVONDOÇULAR MOSKVADA 5 MEDAL QAZANDI

ESTAFET/ Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən “Russian Open” beynəlxalq turniri milli komandamız üçün uğurlu alındı. Azırbaycan TAekvondo Federasiyasından verilən xəbərə görə, G2 dərəcəli yarışa qatılan gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer almağı bacarıb.


24 sentyabr tarixində mübarizəyə qatılan Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (-68 kq) finaladək keçirdiyi döyüşlərində inamlı qələbələr qazanaraq finala vəsiqəni təmin edib. Finalda da Rusiyalı rəqibi Sarmat Tsakoevə şans verməyərək yarışın qızıl medalını qazanıb.


Komandanın digər üzvlərindən -48 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavid Məmmədov və Mehriban Məmmədova da (-42 kq) finala kimi rəqiblərini yarışdan kənarlaşdırsa da həlledici döyüşlər keçilməz olub. Aliyə Zeynalova (-44 kq) və Leyla Məmmədova (-49 kq) turniri yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb. Beləliklə, gənc yığmamız beynəlxalq turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medulla başa vurub.


Xatırladaq ki, sayca 6-cı olan G2 dərəcəli “Russian Open” turniri, Moskvanın “Dostluq” idman arenasında keçirilir.