QUBADA KOREYA SƏFİRİ KUBOKU

ESTAFET/ Azərbaycan Taekvondo Federasiyasının məlumatına əsasən, 01-02 oktyabr tarixlərində Quba şəhərində taekvondo üzrə yeniyetmələr arasında növbəti “Koreya Səfiri Kuboku” yarışı keçiriləcək. Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil edilən yarışda, respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2003-2005-ci il təvəllüdlü yeniyetmə idmançıları dayanq üzərinə çıxacaq. Səfir Kim Çan Qyu yarışı izləyənlər arasında olacaq.
Qalib olan taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Yarış Quba şəhər Olimpiya İdman Kompleksində “DAEDO İnternational” taekvondo sistemi ilə keçiriləcək və “videotəkrar” tətbiq olunacaq.
