Sumqayıtda gənc cüdoçuların respublika birinciliyinə start verilib

ESTAFET/ Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

 

İki gün davam edəcək ölkə birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparan gənc cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.

 

Qeyd edək ki, Azərbaycan birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb. 

Müəllif: Orxan NOVRUZOV