HDÇ-2016: İLK GÜNDƏ 4 MEDAL

ESTAFET/ Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

 

Çempionatın üçüncü günündə 59, 66, 71 və 75 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

 

71 kq-da mübarizə aparan Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq çempionatın qızıl medalına sahib olub. Finalda güləşçimiz Rusiya idmançısı Adam Kurakdan üstün olub.

 

66 kq çəkidə yarışan Kamran Məmmədov yalnız final görüşünü uduzaraq gümüş medalla kifayətlənib.

 

Bürünc medalları isə yığmamıza Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) qazandırıb.

 

Çempionatın son günündə 80, 85, 97 və 130 kq çəki dərəcəsindəki yunan-Roma güləşçiləri yarışacaq.  

 

Mənbə: awf-az.org