Ölkə çempionatına yekun vuruldu

ESTAFET/ Bakıda ADA Universitetinin basketbol meydançasında 3x3 basketbol üzrə Azərbaycan birinciliyinə yekun vuruldu.
Final mərhələsində 7 komanda iştirak edirdi. Bu yarış bir il ərzində 45 komanda arasında ölkəmizin müxtəlif bölgələrində keçirilib. Finalda "Kavalyers" komandası (Polad Həsənov, Ruslan Qafurov, Rustam Əliyev, Anton Belousov) rəqiblərini üstələyərək ölkə çempionu oldu.
İkinci yerə "Phoenix" (Rəhman Teymurbəyov, Andrey Kondratyev, Ramil Əyyubov, Abdulla Bəylərov) üçüncü yerə isə "Brutality" (Ruslan Zəkiyev, Fariz Qəmbərov, Elmar Mir-bağırov, Hüseyn Qiyasov) komandaları layiq görüldülər.
