"Qəbələ"nin Sloveniya gündəliyi - 26.06.2018

ESTAFET/ “Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirir. “Qırmızı-qaralar” bu ölkədə təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb.

 

Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesində komandamızın yeni transferi Ceyms Adeniyi də iştirak edib. Futbolçular öncə fiziki təmrinləri icra edib, ardınca toplu çalışmaları yerinə yetirib. 

Müəllif: Bəhruz MƏMMƏDOV