Yeniyetmə həndbolçularımız İsveçdə Bakıya vəsiqə üçün oynayacaqlar

ESTAFET/ İyulun 2-dən 6-dək İsveçin Höteborq şəhərində həndbolçu qızlar arasında 14-cü açıq Avropa turniri keçiriləcək. 2002-2003-cü il təvəllüdlü idmançıların qatılacağı turnirdə 20 komanda dörd qrupda mübarizə aparacaq.

 

Azərbaycan yığması Fransa, İspaniya, Finlandiya və İslandiya milliləri ilə birlikdə C qrupunda yer alıb.

 

Yarışda ilk 7 yerin sahibi 2019-cu il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına vəsiqə qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV