"Neftçi" - "Uypeşt" matçının biletləri satışda

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Uypeşt” oyununun biletləri artıq satışa çıxarılıb. Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassalarından əldə etmək mümkündür. Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq və bu haqda əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV