Son yarış günündə daha 3 bürünc medal

ESTAFET/ Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. Son yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 3 bürünc medalla başa vurub.

 

Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Güləşçilərimiz müvafiq olaraq Yaponiya, Ermənistan və Hindistan idmançılarından üstün olub.

 

45 kq
Bürünc medal görüşü: Mizuki Araki (JPN) - Qurban Qurbanov 0:2
1/2 final: Hennadi Zevartailo (UKR) - Qurban Qurbanov 6:1
1/4 final: Qurban Qurbanov - Akyikat Kuljigit Uulu (KGZ) 6:2
1/8 final: Qurban Qurbanov - Abdulla Mohamed Şaban (EGY) 10:1

 

51 kq
Bürünc medal görüşü: Həsrət Cəfərov - Robert Karapetyan (ARM) 4:2
Təsəlliverici görüş: Həsrət Cəfərov - Adomas Grigaliunas (LTU) 7:1
1/8 final: Həsrət Cəfərov - Lazizxon Uzbekov (UZB) 4:9

 

60 kq
Bürünc medal görüşü: Adəm Hacızadə - Praveş Praveş (İND) 6:3
Təsəlliverici görüş: Vladislav Karasev (RUS) - Adəm Hacızadə 0:8
1/4 final: Şahin Badaği (İRİ) - Adəm Hacızadə 9:0
1/8 final: Kosei Takeşita (JPN) - Adəm Hacızadə 5:6
1/16 final: Vilius Savickas (LTU) - Adəm Hacızadə 2:3

 

92 kq
1/4 final: Laçın Vəliyev - Laşa Tvildiani (GEO) 1:4
1/8 final: İvan Suvalau (BLR) - Laçın Vəliyev 3:5  

Müəllif: Natiq NƏSİROV