Avropa Çempionatı davam edir

ESTAFET/ Sofiyada (Bolqarıstan) keçirilən 20 yaşadək oğlan basketbolçular arasında Avropa Çempionatının ("B" divizionu) qrup mərhələsi başa çatdı.

 

"A" qrupunda yarışan U20 millimiz əvvəl Makedoniyaya (67:74) sonra isə Belçikaya (51:81) məğlub oldu.

 

Sabah Tahir Baxşıyevin yetirmələri Moldova həmkarları ilə qarşılaşacaq.  

Müəllif: Orxan NOVRUZOV