Qılıncoynadanlarımız mundiala məğlubiyyətlə başladılar

ESTAFET/ Bu gün Çinin Vuksi şəhərində keçirilən qılıncoynatma üzrə Dünya çempionatına start verilib. Yarışlar qadın şpaqaçıların və kişi sablyaçıların mübarizəsi ilə başlayıb.

 

Təmsilçilərimizdən sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev yarışın ilk günündə mübarizəyə qoşulub. İlk dəfə böyüklər arasında dünya çempionatında iştirak edən sablyaçımız Çin, Rusiya, Ukrayna, Gürcüstan və Honkonqu təmsil edən rəqiblərinə məğlub olub.

 

Daha iki təmsilçimiz sabah mübarizəyə qoşulacaq. Kənan Əliyev və Barat Quliyev kişilərin şəxsi şpaqa yarışlarında güclərini yoxlayacaqlar. Çempionatda yarışlara oyulun 27-də yekun vurulacaq.  

Müəllif: Natiq NƏSİROV