Respublika Şahmat Olimpiadasına start verildi

ESTAFET/ İyulun 9-da Qusar şəhərində 16 yaşadək şahmatçılar arasında növbəti Respublika Şahmat Olimpiadası start götürdü. 11 gün davam edəcək yarlşda respublikanın müxtəlif şəhərlərindən ümumilikdə 486 şahmatçı qüvvəsini sınayır.

 

Olimpiada 2 qrup üzrə keçirilir. A qrupu 11-16 yaşlılar, B qrupu isə 10 yaş və daha balacalar. Açılış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov , Gənclər İdman Nazirinin müavini İsmayıl İsmayılov və Qusar rayonunu icra hakimiyətinin başçısı Şair Alxasov yarışın gənc şahmatçılar üçün əhəmiyətindən danışdılar və yarış isştirakçılarına uğurlar arzu etdilər.  

Müəllif: Natiq NƏSİROV