Masallıda məşqçi-müəllimlər və yeniyetmə cüdoçular üçün seminar

ESTAFET/ Azərbaycan Cüdo Federasiyası tərəfindən mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil olunur və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır.

 

Növbəti belə bir tədbir Masallıda baş tutub. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Cənub bölgəsi” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminar Masallıya ezam olunmuş Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən aparılıb.


Seminar iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandrılıblar. 

Müəllif: Orxan NOVRUZOV