Şəhriyar Karlsenlə bərabərə qaldı

ESTAFET/ İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə superturnir davam edir. Dünən keçirilən oyunlarla turnirdə 5-ci tura yekun vurulub. 

 

Təmsilçimiz Şəhriyar Məmmədyarov turda Dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Şəhriyar güclü rəqibə qarşı inamlı oynayıb və görüşün gedişində üstün vəziyyət əldə etmişdi. Lakin yekunda tərəflər sülhə razılaşıblar. 

 

5 turdan sonra aktivində 3,5 xal olan Şəhriyar və Karlsen turnir cədvəlinə şərikli liderlik edirlər. 

Müəllif: Natiq NƏSİROV