Məmmədyarov liderliyini möhkəmlətdi

ESTAFET/  Xəbər verdiyimiz kimi, İsveçrənin Bil şəhərində güclü qrossmeysterlərin iştirakı ilə şahmat üzrə nüfuzlu superturnir keçirilir. Turnirdə iştirak edən təmsilçimi Şəhriyar Məmmədyarov uğurlu çıxışını davam etdirir. 

 

Dünən oynanılan 7-ci turda ağ fiqurlarla çex şahmatçı David Navara ilə qarşılaşan Şəhriyar, görüşün 68-ci gedişində rəqibi təslim olmağa məcbur edib. 

 

Bu qələbədən sonra aktivinə 1 xal yazdıran Şəhriyar 5,5 xalla turnirin vahid liderinə çevrilib. 4,5 xalla dünya çempionu Maqnus Karlsen (Norveç) ikinci sırada, 4 xalı olan rus Pyotr Svidler isə üçüncü sırada qərarlaşıblar. 

 

Bu gün keçiriləcək 8-ci turda şahmatçımız qara fiqurlarla fransız şahmatçısı Maksim Vaşyer-Laqravla oynayacaq. 

Müəllif: Natiq NƏSİROV