Türkiyədə güləşçilərimizdən daha 1 qızıl, 1 gümüş və 5 bürünc medal

ESTAFET/ Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilib.

 

Turnirin ikinci günündə 61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində sərbəst, 53, 57, 62, 68 və 76 çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

 

Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı Kyle Dake olub. Həlledici görüşü uduzan İbrahim Yusubov turnirin gümüş medalına yiyələnib. Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) isə bürünc medal qazanıb.

 

Qadın güləşçilərin yarışında isə Anjela Doroqan (53 kq) Türkiyə idmançısı ilə qarşılaşdığıfinal görüşünü qələbə ilə başa vurub və turnirin qızıl medalını qazanıb. Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medala sahib olub.  

Müəllif: Bəhruz MƏMMƏDOV