"Dinamo", "Spartak" və "Şkendiya" növbəti mərhələdə
ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə tur çərçivəsində 3 qarşılaşma keçirilib.
Keçirilən qarşılaşmaların yekununda "Dinamo" (Zaqreb, Xorvatiya), “Şkendiya” (Makedoniya) və “Spartak” (Trnava, Slovakiya) mərhələ adlayan komandalar olublar.
UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
II təsnifat mərhələsi, cavab oyunları
31 iyul 2018
“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya) 2:2
Qollar: Oqu 14, Stoyanoviç 34 (ö.q) : Budimir 49, Hayroviç 54
İlk oyun - 0:5
“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya) 0:0
İlk oyun - 0:1
“Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa) 0:1
Qol: Asitz 63
İlk oyun - 2:0