"İlk hissədə fərqlənə bilməsəydik": Qara Qarayev

ESTAFET/ "Qarabağ"ın futbolçusu Qara Qarayev Albaniyanın "Kukesi" klubunu evdə 3:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. 26 yaşlı yarımmüdafiəçi ilk olaraq oyun barədə fikirlərini bildirib:

 

- Öncə azarkeşlərimizi təbrik edirəm. Layiqli qələbə qazandıq. Çox şadam ki, onları sevindirdik. Rəqib ilk dəqiqələrdən sıx oynayırdı. Qolu zamanında vura bildik. İlk hissədə fərqlənə bilməsəydik, problem ola bilərdi. Çünki rəqib daha yaxşı müdafiə olunacaqdı və motivasiyalı oynayacaqdı. İlk qolumuz rəqibin oyun sistemini pozdu. Bu da işimizə yaradı və rahat oynamağa başladıq. 3 penaltimiz oldu və hamısı doğru qərarlar idi. "11 metrliklər"in ikisindən yararlana bildik, biirndə isə qapıçı zərbəni qaytardı.

 

- Yeni transferlər komandaya uyğunlaşırlar?

- Yavaş-yavaş uyğunlaşırıq. Onlar komandaya 1 həftədir ki, qoşulublar və haızrda adaptasiya prosesini keçirlər. Müəyyən vaxtdan sonra uyğunlaşma daha yaxşı səviyyədə olacaq.

 

- Rəqibə hörmətlə yanaşdığını desən də, bu matçda çox rahat qalib gəldiniz...

- Qırmızı vərəqə amili də var. Bizə də isti idi, onlara da ikiqat çətin oldu. Bəzi futbolçuları əziyyət çəkirdi. Respublika stadionu rəqiblər üçün həmişə çətin olub. Azarkeş amilini də xüsusi vurğulamaq lazımdı. Burada oynamaq hər komanda üçün asan deyil. Bir çox komanda burada problem yaşayıb. Amma rəqibə hörmətlə yanaşırıq.

 

- III mərhələdə "Qarabağ” BATE ilə üzləşəcək. Nə düşünürsən?

- ÇL-də zəif komanda olmur. BATE səfərdə qol vurmağı bacaran komandadır. Neçə illərdir ki, nüfuzunu qoruyur, avrokuboklarda mübarizə aparır. Bütün gücümüzü ortaya qoyacağıq. BATE haqda heç nə bilmirik. İndi bildik ki, rəqibimiz bu komanda olacaq.

 

- BATE ilə oyunlar zamanı Premyer Liqanın startı ilə eyni vaxta təsadüf edəcək. Bu, işinizi çətinləşdirməyəcək? Mövsümün ilk turunu oynamamaq olar?

- Baş məşqçimiz buna uyğun proqram tərtib edəcək. Avrokuboklarda mübarizəni davam etdirməyimiz üçün çempionat oyunları vacibdi. 

Müəllif: Orxan NOVRUZOV