Argentinada müvəqqəti baş məşqçi

ESTAFET/ Mundialdan sonra "başsız" qalan futbol üzrə Argentina yığmasına müvəqqəti baş məşqçi təyin olunub. Belə ki, yığma müvəqqəti olaraq 2018-ci ilin sonuna qədər Lionel Skaloniyə tapşırılıb.

 

Skaloniyə yığmada “Valensiya”nın sabiq futbolçusu Pablo Aymar və Martin Tokalli kömək edəcək. Lionel Argentinanın gənclər yığmasına rəhbərlik edib və istefaya göndərilən Xorxe Sampaolinin məşqçilər korpusunda yer alıb.

 

Argentina millisi ilin sonuna qədər 3 yoxlama oyunu keçirməlidir. 

Müəllif: Orxan NOVRUZOV