Zeedorf və Kluyvert Kamerun yığmasında

ESTAFET/ Futbol üzrə Kamerun yığmasının yeni baş məşqçisi məlum olub. Komandanı “Milan”ın və Hollandiya yığmasının sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq. Bu barədə məlumatı Kamerunun idman naziri İsmail Bidunq Kpvatt verib.
42 yaşlı Zeedorfa Hollandiya yığmasındakı sabiq komanda yoldaşı Patrik Kluyvert kömək edəcək. O bu postda Uqo Broosu əvəz edəcək.
Kamerun Futbol Federasiyası Sven-Yoran Erikssonla danışıqlar aparırdı. Ancaq isveçli mütəxəssislə razılıq əldə edilməyib və üstünlük Zeedorfa verilib.

