Şəhriyar Sent Luisdə mübarizəyə qoşulacaq - Grand Chess Tour

ESTAFET/ Şahmat üzrə "Grand Chess Tour" seriyasının 3-cü mərhələsinin yarışları ABŞ-ın Sent Luis şəhərində keçiriləcək. Təmsilçimiz Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi superturnirdə iştirakçılar ilk olaraq 11-13 avqust tarixlərində rapid növsündə güclərini sınayacaqlar. Daha sonra isə 14-15 avqust tarixlərində blitz növsündə ən güclü müəyyənləşəcək. 

 

Ümumi mükafat fondu 150 000 ABŞ dolları olan superturnirdə rapid və blitz növü üzrə aşağıdakı şahmatçılar mübarizə aparacaqlar:

 

Fabiano Karuana (ABŞ), Çıhriyar Məmmədyarov (Azərbaycan), Maksim Vaşyer-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya), Uesli So (ABŞ), Hikaru Nakamura (ABŞ), Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan), Vişvanatan Anand (Hindistan), Lenyer Dominges (Kuba)

 

Rapiddə qələbəyə görə 2, heç-heçəyə görə 1 xal, blitsdə isə qələbəyə görə 1, heç-heçəyə görə 0,5 xal verilir. 

 

Vaxt nəzarəti rapiddə 25 dəqiqə + hər gedişə görə 10 saniyə, blitsdə 5 dəqiqə + hər gedişə görə 3 saniyə nəzərdə tutulub. 

Müəllif: Natiq NƏSİROV