PAUERLİFTİNQ ÜZRƏ AZƏRBAYCAN KUBOKU KEÇİRİLƏCƏK

ESTAFET/ 9-14-noyabr tarixlərində Portuqaliyada “Dünya çempionat”ı keçiriləcək. Çempionatında iştirak etmək üçün Sentyabr ayının 26-27-si Xırdalan AAAF-da “Zirvə” idman klubunda idmançılar Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar.

Yarışdan öncə isə Sentyabrın 24-25-i çəki dərəcələri müəyyənləşəcək. Kuboku əldə etmək üçün təxminən 150 nəfər idmançı güclərini sınayacaq. Federasiya bu yarışda güclü olan hər bir idmançıdan nəticə gözləyir.
 

Bunları e-news.az-a müsahibəsində federasiyanın prezidenti Ələddin Əliyev söyləyib.

 

2008-ci il aprel ayının 5-də başlayan Şamaxı Olimpiya Kompleksində keçirilən pauerliftinq və benç-press üzrə gənclər arasında Azərbaycan çempionatı olub. Yarışda Bakının idman klubları və cəmiyyətləri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarının atletləri qüvvələrini sınayıblar. Pauerliftinqdə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Asif Belıyev (56 kq, “Nur”, Gəncə), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Pərvin Əsgərov (67,5 kq, Gəncə UGİM), Balı Hacıyev (75 kq, “Məhsul”, Gəncə), Emin Məmmədov (82,5 kq, “Nur”, Gəncə), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Şadman Hüseynzadə (100 kq, “Məhsul”, Gəncə) qızıl medala layiq görülüblər. Benç-press yarışında isə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Yusif Nurullayev (56 kq, Cəlilabad), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Niyazi Həsənov (67,5 kq, “Məhsul, Gəncə), Zamir Məmmədov (75 kq, “Spartak”, Şamaxı), Bayram Əliyev (82,5 kq, “Gömrükçü”), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası), Vüsal Mərdanov (100 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Musa Acalov (110 kq, “Məhsul”, Bakı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Hal-hazırda Azərbaycan Pauerliftinq Federasiyasına idmançı Ələddin Əliyev başçılıq edir. Bu növ üzrə idmançılarımız beynəlxalq yarışlarda dəfələrlə uğurla çıxış ediblər.

 

Nəzərinizə çatdıraq ki, ilk dəfə pauerliftinq üzrə Azərbaycan çempionatı 1996-cı il aprel ayında keçirilib.