Rəhim Həsənov İslandiya - Estoniya matçında

ESTAFET/ Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyuna təyinat alıb. 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq.

 

Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək. 

Müəllif: Orxan NOVRUZOV