Millimizdə debütant

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət komandalar (U-21) arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da, saat 21:00-da, “Dalğa Arena”da İsrail komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib. "Sabah”ın üzvü Eltun Turabov hazırlıq prosesinə qoşulub. Eltun yığmamızda debütantdı.

 

Qeyd edək ki, U-21-nin kapitanı Bəhlul Mustafazadə məşqdə zədələnərək onun qarşıdakı matçı buraxacağı bəlli olandan sonra daha bir mərkəz müdafiəçisinə ehtiyac yaranıb. 

Müəllif: Orxan NOVRUZOV