Millimizdə ciddi itki

ESTAFET/ Azərbaycan U-21 yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində israilli həmyaşıdlarıyla qarşıdakı matç öncəsi heyətlə bağlı ciddi itkiylə üzləşib. Yığmamızın kapitanı Bəhlul Mustafazadə sentyabrın 6-da saat 21:00-da "Dalğa Arena"da keçiriləcək həmin qarşılaşmada meydana çıxmayacaq.

 

Buna səbəb "Qəbələ"nin müdafiəçisinin hazırlıq prosesində zədələnməsidi. Belə ki, Bəhlul yığmanın dünənki məşqində arxa bud əzələsindən zədə alıb.

 

Qeyd edək ki, Rəşad Sadıqovun komandası İsraildən 5 gün sonra həmin stadionda Norveçi qəbul edəcək. Bu matç saat 20:00-da olacaq.  

Müəllif: Orxan NOVRUZOV