Skarlatake rəsmən "Zirə"li oldu

ESTAFET/ “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu Adrian Skarlatake ilə anlaşıb. Rumıniyalı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Skarlatake uzun illər idi formasını geyindiyi “Keşlə”dən bu gün qarşılıqlı razılıq əsasında ayrılıb. O, daha öncə ölkəmizdə “Xəzər Lənkəran”da da çıxış edib.
