Yığmamız Göygöldə təlim-məşq toplanışı keçir

ESTAFET/ Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığmamız sentyabrın 2-dən Göygöldə növbəti təlim-məşq toplanışına başlayıb.

 

Sentyabrın 15-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, məşqçilər Rövşən Bayramov, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 20 güləşçi iştirak edir.

 

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra millimiz Belarusa yollanacaq. Komandamız sentyabrın 17-dən 19-dək Minskdə keçiriləcək Oleq Karavayevin xatirə turnirində iştirak edəcək. 

Müəllif: Natiq NƏSİROV