Azərbaycan Polşada Stadniklə təmsil olunacaq

ESTAFET/ Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

 

Yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV