AƏFM layihəsi Ağcabədi rayonunda

ESTAFET/ Sentyabrın 4-də Ağcabədi rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib. AFFA, Ağcabədi və Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, deputatlar Aqil Abbas, Sabir Hacıyev, Tahir Rzayev, Ağcəbədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

 

Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb və tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər. 

Müəllif: Bəhruz MƏMMƏDOV