Gənclərimiz sülhə razılaşdılar

ESTAFET/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsində bu gün “Dalğa Arena”da Azərbaycan millisi İsrail yığması ilə qarşılaşıb.

Gənclərimiz qrupda keçirdikləri 8-ci oyunda da qalib gələ bilməyiblər. Halbuki komandamız buna çox yaxın idi. Oyunun startındaca Renat Dadçovun qolu ilə önə keçən yığmamız fasiləyədək bu üstünlüyü saxlaya bilməyib. 

 

Matçın sonlarına yaxın, 86-cı dəqiqədə penalti hüququ qazanan millimiz bu şansdan yararlana bilməyib və görüş bərabərliklə yekunlaşıb. 

 

AÇ-2019-un seçmə mərhələsi

5-ci qrup

6 sentyabr 2018

Azərbaycan (U21) - İsrail (U21)  1:1
Qollar: Renat Dadaşov 1 : Şon Vayssman 30
Matçın 86-cı dəqiqəsində Ziya Əzizov penaltidən yararlana bilməyib - qapıçı
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. “Dalğa Arena”.

 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın (k), 3. Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacıyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 11. Barış Ekincier, 13. Ziya Əzizov, 18. Amin Seydiyev 21. İlkin Muradov.
Baş məşqçi: Rəşad Sadıqov.
İsrail: 1. Assaf Tzur, 2. Yozef Raz Meyr, 3. Yarden Mordehay Kohen, 4. İdan Nakmias (k), 5. Amit Bitton, 6. Neta Lavi, 9. Yonatan Kohen, 11. Şon Zalman Vayssman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, 21. Moti Barşazki.
Ehtiyat oyunçular: 23. Haviv Ohayon, 7. Omer Lako, 10. Matan Hozez, 12. Raz Nahmias, 15. Ofri Arad, 19. Ehab Qnayem, 22. Yonas Malede.
Baş məşqçi: Marko Balbul.

Müəllif: Orxan NOVRUZOV