ŞƏHRİYAR "ƏMİR TEYMUR-860" TURNİRİNİN QALİBİ OLDU

ESTAFET/  Özbəkistanın paytaxtı Daşkənddə böyük sərkərdə Əmir Teymurun anadan olmasının 860 illiyinə həsr olunmuş sürətli şahmat üzrə "Dördlər turniri" keçirilib.

 

Turnirdə 4 məşhur qrossmeyster mübarizə aparırdi - yerli şahmat ustası, keçmiş Dünya çempionu Rüstəm Qasımcanov, ukraynalı digər keçmiş Dünya çempionu Ruslan Ponamaryov, israilli Boris Qelfand və təmsilçimiz Şəhriyar Məmmədyarov.

 

Mübarizəyə başlamadan öncə qrossmeysterlər Səmərqənd və Daşkənd şəhərlərində yerli gənc şahmatçılar üçün seans və master-klasslar keçiblər.

 

Daha sonra Daşkənd şəhərində qrossmeysterlər öz aralarında 2 dəfə olmaqla sürətli şahmat görüşləri keçiriblər. Turnirin qalibi keçirdiyi görüşlərin heç birində məğlub olmayan Şəhriyar Məmmədyarov olub.