Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Hiddink çinli gəncləri çalışdıracaq -
Hiddink çinli gəncləri çalışdıracaq

ESTAFET/ Son olaraq “Çelsi”də çalışmış Qus Hiddink yeni iş yeri ilə hamını təəccübləndirib. Hollandiyalı mütəxəssis Çinin 21 yaşlılardan ibarət millisinin baş məşqçisi olub.

 

71 yaşlı məşqçi çinlilərə olimpiadada qızıl medal qazandırmağa çalışacağını deyib. Onun yeni işinə görə nə qədər qazanacağı açıqlanmayıb.

 

Xatırladaq ki, Hiddink “Fənərbaxça”, “Real”, “Valensiya”, PSV klublarında, eyni zamanda Hollandiya, Avstraliya, Rusiya, Türkiyə, Cənubi Koreya millilərində çalışıb. 

Müəllif: Məsim MƏSİMZADƏ