21 yaşlılarımızda ciddi itki

ESTAFET/ 21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib. Zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb.

 

Gənc hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.

 

Futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub. 

Müəllif: Məsim MƏSİMZADƏ