Sərbəst güləşçilərin açıq məşqi olacaq
ESTAFET/ Sərbəst güləş yığmamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.
Millimiz Türkiyə yığması ilə birlikdə toplanış keçir. Qonşu ölkənin komandası sentyabrın 4-dən hazırlıqlara qoşulub. Sabah saat 11.00-da başlayacaq məşq mətbuat üçün açıq olacaq. Hazırlıq prosesindən öncə brifinq də baş tutacaq. Media nümayəndələrinin 10.45-dən etibarən məşq zalında olması rica olunur.