"Bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”

ESTAFET/ Bu gün Olimpiya Güləş Mərkəzində keçirilən açıq məşqdə sərbəst güləş yığmamızın liderlərindən biri Cəbrayıl Həsənov jurnalistlərə açıqlama verib.

 

İkiqat Avropa çempionu və Rio Olimpiadasının 3-cüsü iki dəfə dünya çempionatında bürünc medal qazanıb. Bu dəfə isə hədəf çempionluqdur:

 

“Sonuncu təlim-məşq toplanışımızı Türkiyə yığmasıyla birgə keçirik. Hazırlıq prosesi yaxşı gedir. Əsas hədəfimiz dünya çempionatıdır. Qardaş ölkənin güləşçiləri ilə birgə toplanış faydalıdır. Hər iki komanda üçün bu hazırlıq xeyir verir. Yarışlara yüksək səviyyədə hazırlaşmışıq. Mundialda maksimum nəticəyə imza atmağa çalışacağıq. Türkiyə yığmasında mənim çəkimdə olan güləşçi ilə Avropa çempionatında qarşılaşmışdım. Ümumiyyətlə, bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”. 

Müəllif: Məsim MƏSİMZADƏ