Lekler növbəti mövsümdən "Ferrari" adına yarışacaq

ESTAFET/ Kimi Raykkonenin "Ferrari"dən "Sauber"ə keçidi rəsmən təsdiq olunduqdan sonra, Şarl Leklerin əks istiqamətdə keçidi də öz təsdiqini tapıb.
"Ferrari" komanası növbəti relizi ilə 2019-cu ildə Sebastyan Fettelin komanda yoldaşı Şarl Leklerin olacağını açıqlayıb.
Gənc monakolu sürücü 2016-cı ildə GP3, 2017-ci ildə Formula2 seriyalarınada çempionluq qazandıqdan sonra bu il "Sauber" komandasının heyətində "Ferrari"də debüt etmişdi.

