Sinqapur da start qızlarından imtina etməyi düşünmür

ESTAFET/ Sinqapur Qran Prisinin təşkilatçıları təsdiq ediblər ki, gələn bazar günü start düzlüyünə yarışın titul sponsoru "Singapore Airlines" aviaşirkətinin uniformasını geyinmiş start qızları çıxacaqlar.

 

Xatırladaq ki, mövsümün əvvəlində çempionatın yeni sahibi Liberty Media şirkəti dünya çempionatının qeyri-rəsmi simvoluna çevrilmiş start qızlarınından imtina etməyi qərara almışdı.

 

Qərar idman ictimaiyyəti arasında birmənalı qarşıalanmamışdı və Sinqapur yarışının təşkilatçıları hesab edirlər ki, şəhər-dövlət öz mədəniyyəti ilə digərlərindən fərqlənir, Singapore Girl isə, ümumiyyətlə, ayrıca yerli brenddir və milli dəyərləri tərənnüm edir. 

 

Mənbə: F-1.az

Müəllif: Natiq NƏSİROV