"Şumaxerlə heç bir əlaqəmiz yoxdur": Marko

ESTAFET/ Formula 1-in növbəti mövsüm üçün heyətində vakansiya olan azsaylı komandalarından biri "Toro Rosso"dur. Monzada "Red Bull"un avtoidman üzrə məsləhətçisi Helmut Marko Pyer Qaslini əvəz etmək üçün siyahıda 10 namizəd olduğunu bildirib. Komandanın rəhbəri Kristian Horner isə Daniil Kvyat ilə əməkdaşlığın bərpası məsələsinə baxdıqlarını deyib.
Sebastyen Buemi ötən həftə komandanın Faençadakı bazasını ziyarət etdikdən sonra Avropa mətbuatı isveçrəlinin də adını namizədlər siyahısına salmışdı. Son məlumatlarda isə 7 qat dünya çempionu mixail Şumaxerin oğlu Mik Şumaxerin komandaya cəlb edilməsinin mümkünlüyü bildirilirdi. Lakin Helmut Marko Mikin onların namizədlər siyahısında olmadığını deyib:
"Mik bizim siyahıya daxil deyil və bizim ümumiyyətlə onunla heç bir əlaqəmiz yoxdur" - deyə Marko Auto Bild nəşrinə açıqlama verib.

