Əliyar Ağayev qrup mərhələsinin oyununda

ESTAFET/ Azərbaycanlı FİFA referisi, I kateqoriyaya yenicə yüksəlmiş Əliyar Ağayev növbəti təyinatını alıb. Həmyerlimiz UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (İtaliya) – “Apollon” (Kipr) matçında söz sahibi olacaq.

 

20 sentyabr Roma Olimpiya Stadionunda keçiriləcək matçda Əliyar Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər kimi Rəhim Həsənovla Orxan Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV