Dünya çempionatının təqvimi dəqiqləşdi

ESTAFET/ Sentyabrın 20-dən etibarən Bakı yerləşən Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib. Mundialın püşkü sentyabrın 19-da “Hilton Hotel”də atılacaq.

 

Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.

 

Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

 

19 sentyabr 2018

14:00. Fərdi və komanda yarışlarının püşkatması

 

20 sentyabr 2018

Qadınlar 48 kq / Kişilər 60 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

21 sentyabr 2018

Qadınlar 52 kq / Kişilər 66 kq

10:00. İlkin görüşlər

14:00. Açılış mərasimi

16:00. Final görüşləri

 

22 sentyabr 2018

Qadınlar 57 kq / Kişilər 73 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

23 sentyabr 2018

Qadınlar 63 kq / Kişilər 81 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

24 sentyabr 2018

Qadınlar 70 kq / Kişilər 90 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

25 sentyabr 2018

Qadınlar 78 kq / Kişilər 100 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

26 sentyabr 2018

Qadınlar +78 kq / Kişilər +100 kq

10:00. İlkin görüşlər

16:00. Final görüşləri

 

27 sentyabr 2018

09:00. Qarışıq komanda yarışları 

Müəllif: Natiq NƏSİROV