İlk gündə iki bürünc şansı - GDÇ-2018

ESTAFET/ Bu gün Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

 

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığmamızın iki üzvü – Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medala iddialıdır. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

 

 

55 kq

1/4 final: Nurtazin Kerimberdi Uulu (KGZ) – Zülfiqar Əliyev 9:0

1/8 final: Zülfiqar Əliyev – Şota Oqava (JPN) 7:0

 

63 kq

1/8 final: Saqar Saqar (İND) – Kamran Mirzəliyev 9:7

 

77 kq

Təsnifat: Nasir Həsənov – Zahari Rosenov Zaşev (BUL) 0:8

 

87 kq

Bürünc medal görüşü: Nəzərşah Fətullayev

1/2 final: Ramon Reyner Betşart (SUİ) – Nəzərşah Fətullayev 5:3

1/4 final: Nəzərşah Fətullayev – Yakob Edvard Loqaard (SWE) 3:1

1/8 final: Nəzərşah Fətullayev – Bedirhan Tan (TUR) 4:3

 

130 kq

Təsəlliverici görüş: Fatih Bozkurt (TUR) – Sərxan Məmmədov

1/8 final: Amin Mohammadzaman Mirzəzadə (İRİ) – Sərxan Məmmədov 10:1

Təsnifat: Sərxan Məmmədov – Roland Vatzi (HUN) *7:7 

Müəllif: Orxan NOVRUZOV