Yasəmən Məcidli mübarizəni təsnifatda dayandırdı

ESTAFET/ Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Üçüncü yarış günündə qızlar mübarizəyə qoşulub. Bu gün yığma üzvlərindən yalnız Yasəmən Məcidli (50 kq) xalça üzərinə çıxıb. Təmsilçimiz mübarizəni təsnifat mərhələsində dayandırıb.

 

50 kq
Təsnifat: Yasəmən Məcidli - Alleyda Martines (USA)  0:10 

Müəllif: Natiq NƏSİROV