Tatyana Varantsova 1/4 finalda: GDÇ-2018

ESTAFET/ Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Dördüncü yarış günündə məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qızlardan ibarət yığmamızın iki üzvü mübarizəyə qoşulub. Ceyla Nağızadə (65 kq) təsnifat mərhələsində italyan rəqibinə uduzub. Tatyana Varantsova isə çıxışını davam etdirir.

 

53 kq
1/4 final: Tatyana Varantsova - Aktenge Keunimyayeva (UZB)
Təsnifat: Tatyana Varantsova - Zeynep Yetgil (TUR) 8:5

 

65 kq
Təsnifat: Ceyla Nağızadə - Yelena Esposito (İTA) 0:4 

Müəllif: Orxan NOVRUZOV