"Qarabağ" məğlubiyyətlə başladı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.

 

Ağdam klubu Portuqaliyada yerli “Sportinq”lə üz-üzə gəlib. Lissabondakı “Joze Alvalade” stadionunda baş tutan görüş iki ölkənin klublarının ilk dueli kimi tarixə düşüb.

 

Qarşılaşmaya gəlincə, meydan sahibləri ikinci hissədə vurduqları qollar sayəsində Azərbaycan çempionuna qalib gəliblər.

 

 

 

UEFA Avropa Liqası, 2018/2019 mövsümü


20 sentyabr 2018

 

Sportinq - Qarabağ 2:0
Qollar: Rafinya 54, Covane Kabral 88.
Hakimlər: Fransua Leteksiye, Siril Munyo, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa).
Lissabon. "Joze Alvalade" stadionu.

 

Sportinq: 19. Romen Salin, 4. Sebastyan Koates, 8. Bruno Fernandes, 9. Markos Akuna, 10. Fredi Montero, 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luis Nani (k), 21. Rafinya, 22. Jeremi Matye, 86. Nemanya Qudel.
Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andre Pinto, 18. Karlos Mane, 23. Abdulay Diabi, 25. Radosav Petroviç, 76. Bruno Qaspar, 77. Covane Kabral.
Baş məşqçi: Joze Pezeyro.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Miçel, 9. Araz Abdullayev, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov. 

Müəllif: Orxan NOVRUZOV