"İnter" 3 xalı tək qolla qazandı: Serie A - V tur

ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunlarına start verilib. Şənbə günü turun daha 3 oyunu keçirilib.
Mövsümə uğursuz başlayan "İnter" səfərdə "Sampdoriya"nı minimal hesabla üstələyib.
"Fiorentina" doğma meydanda SPAL-ı darmadağın edib.
"Parma" isə "Kalyari" ilə ev oyunundan qalib ayrılıb.
İtaliya A Seriyası, 2018/2019 mövsümü
5-ci turun oyunları
21 sentyabr 2018
Sassuolo - Empoli 3:1
Qollar: Boatenq 13, Ferrari 57, Di Françesko 85 : Kaputo 1
22 sentyabr 2018
Parma - Kalyari 2:0
Qollar: İnqlese 20, Jervinyo 47
Fiorentina - SPAL 3:0
Qollar: Pyaça 18, Milenkoviç 28, Kyeza 56
Sampdoriya - İnter 0:1
Qol: Brozoviç 90
23 sentyabr 2018
Torino - Napoli 1:3
Qollar: Belotti 51 (p.) : İnsinye 4, 59, Verdi 20
Bolonya - Roma 2:0
Qollar: Mattielo 36, Santander 59
Kyevo - Udineze 0:2
Qollar: De Paul 76, Lasanya 90
Latsio - Cenoa 4:1
Qollar: Kaysedo 7, İmmobile 23, 89, Saviç 53 : Piatek 56
Milan - Atalanta 2:2
Qollar: İquayn 2, Bonaventura 61 : P.Qomes 54, Riqoni 90
Frozinone - Yuventus 0:2
Qollar: Ronaldo 81, Bernardeski 90

