Gürcüstanda Şahmat Olimpiadası start götürür

ESTAFET/ Bugündən etibarən Gürcüstanın Batumi şəhərində 43-cü Şahmat Olimpiadası start götürür. Azərbaycan Olimpiadada həm kişilər, həm də qadınların mübarizəsində yer alacaq.
Qədir Hüseynovun kapitanlığı ilə Şəhriyar Məmmədyarov (2820), Teymur Rəcəbov (2751), Arkadiy Naydiç (2721), Rauf Məmmədov (2699) və Eltac Səfərlidən (2676) ibarət yığmamız tarixində ilk dəfə Olimpiada mükafatçıları sırasına düşməyə iddia edəcək. Qeyd edək ki, milli komandamız 2748 orta reytinq xalı ilə 185 iştirakçı ölkə arasında Olimpiadanın 4-cüsüdür. İlk 5-lik isə aşağıdakı kimidir:
1. ABŞ - 2772
2. Rusiya - 2764
3. Çin - 2556
4. Azərbaycan - 2748
5. Hindistan - 2724
Fikrət Sideyifzadənin kapitanı olduğu qadınlardan ibarət millimizin heyətində Günay Məmmədzadə (2438), Zeynəb Məmmədyarova (2358), Gülnar Məmmədova (2355), Xanım Balacayeva (2326) və Ülviyyə Fətəliyeva (2320) yer alıblar. Qadın yığmamız isə 151 iştirakçı ölkə arasında 2369 orta reytinq xalı ilə 11-ci sırada qərarlaşıb. İlk 5-likdə isə bu komandalar yer alıb:
1. Rusiya - 2523
2. Ukrayna - 2486
3. Çin - 2485
4. Gürcüstan 1 - 2484
5. Hindistan - 2458

