"Qarabağ"dan azarkeşlər üçün təqdirəlayiq addım

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ” oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək. Ağdam təmsilçisi azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacağı onların xidmətinə verib.

 

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər.

 

Qeyd edək ki, “Qarabağ”ın "Arsenal"la matçına bilet satışa davam edir.  

Müəllif: Məsim MƏSİMZADƏ