"Centlmen kimi məni önə buraxdı": Hemilton

ESTAFET/ Xəbər verdiyimiz kimi, dünən Soçidə (Rusiya) yerləşən "Avtodrom" trasında mövsümün 16-cı mərhələsinin yarışları keçirilib. Mövsümdə 8-ci qələbəsini qazanmaqla çempionluq yolunda inamlı addım atan Luis Hemilton onun qələbə qazanmasında böyük rolu olan Valtteri Bottas haqda xoş sözlər deyib:

 

“Əslində, bu gün çox çətin gün oldu, axı Bottas bütün həftəsonu fantastik işləmişdi və bu əsl centlmen kimi məni önə buraxdı. Hazırda Valtteri titul uğrunda mübarizə aparmır. Komanda üçün əla həftəsonu oldu, biz Ferrari üzərində ciddi üstünlük qazandıq. Adətən biz qələbə dubluna sevinirik, amma indi mən başa düşürəm ki, Valtteriyə hazırda çox pisdir, axı o, bu qələbəyə layiq idi. Komanda hər iki titulu qazanmağa çalışır. Ona görə də əminəm ki, növbəti yarışlarda Valtteri əla çıxış edəcək”. 

Müəllif: Bəhruz MƏMMƏDOV